Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Liviyadakı müharibə bankirlərin sifarişidir?!

Liviyada baş verən olaylara dair o qədər versiyalar, müxtəlif fikirlər bildirilib ki, adam bilmir nəyə inansın. Versiyalar həqiqətən çox və müxtəlifdir. Aşağıda təqdim olunacaq fikir isə şəxsən mənə daha inandırıcı gəlir — neoquldarlıq + bankların total hakimiyyəti. Bu versiyanın əvvəllər də irəli sürülməsinə baxmayaraq, nədənsə yalnız indi tam ciddiliyi ilə müzakirəyə buraxılıb.

Rusların Müəmmar sevgisi tükənməzdir! =)

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Unibank-ın müştərilərə analoqu olmayan “qayğısı”

Bu gün nahardan sonra Unibank-ın Yasamal filialına yaxınlaşıb bir neçə maliyyə əməliyyatı keçirmək istədim. Saat 5-ə işləmişdi. Biraz gözlədim. 16.20-də (vaxtı bilərəkdən qeyd edirəm) müştərilərə xidmət göstərən xanımlardan biri mənə üz tutaraq hansı əməliyyat üçün gözlədiyimi soruşdu, cavab verdim. Daha sonra biraz fikirləşərək dedi — bilirsiniz, bizdə əməliyyat saat 16.30-a kimi aparılır, sizin əməliyyat alınmayacaq. Dedim axı mən daha tez gəlmişəm və indi hələ 16.20-dir, dedi mən çatdırmayacam (!), tələsirəm, Sizdən öncə də bir müştərim var.

İndi təsəvvür edin, gözlə — daha sonra gəlib sənə desinlər ki, əbəs yerə gözləmisiz, biz 16.30-a kimi əməliyyat aparırıq… Lap cəhənnəm, əməliyyatını 16.30-a kimi apar, bunu özün təyin edirsən, amma bunu 16-30-a kimi gələn müştəriləri yola salmaqla et. Necə ki, bunu digər özünə hörmət edən banklar edirlər (adlarını çəkməyəcəm, sonra iddia edərlər ki, bu yazı onların sifarişiylədir). Bu azmış kimi bank əməliyyatçılarından Unibank bankomatları vasitəsilə komunal xərcləri ödəmək mümkünlüyünü soruşuram, cavabında — “bilirsiniz, biz dəqiq bilmirik eeeeeeeeeeeee(!), bankomatlardan elə də anlayışımız yoxdur.” Sitatın sonu. Dəhşət. Burada mənim sözüm bitdi…

Nəsə. Bir vaxtlar hörmət etdiyim və öz proqressivliyi ilə seçilən bank indi kənd səviyyəsində “qəşəng” reklam kampaniyası aparır, müştəriyə fokuslanma, ona diqqət isə 0. Əfsuslar olsun, amma acı reallıq bu bankın xidmətlərindən bir daha faydalanmamağa məcbur edir. Şükürlər olsun, bank sahəsində seçim böyükdür.

Mövzuya dair forumda müzakirələr ↓
Bank və bank sistemi

İnkassatorların şəhərdəki tüğyanı!

Özümüzü Vaz 2107-dəki “düşük” avtoşlardan güclə qoruyurduq ki, indi də şəhərdə el arasında “pul” maşınları kimi tanınan inkassatorlar tüğyan edir.

Necə gəldi maşın sürmək, kobudluq, boş yer var — “bas getsin” prinsipi və heç bir qaydaya məhəl qoyulmadan idarə olunan inkasator avtomobillər bir çox halda qayda pozuntularınada yol verirlər — dəfələrlə onların qırmızı işıqdan keçdiyinin, digər maşınları sıxdıqlarının, hətta onlara yol vermədikdə təhqirə yol verdiklərinin şahidi olmuşam. Adətən heç bir fərq nişanı (bank adı, məsələn) olmayan bu inkassatorların hansı banka aidiyyatı olduğunu bilmək olmur.

İnkassator

Mənə maraqlıdı, ümumiyyətlə qanunvericiliyə görə inkassator maşınların bu kimi qanundan kənar hərəkətlərə yol verilməsinə icazə var, yoxsa yasaqlanır?! Məsələn, bəzi hallarda dövlət əhəmiyyətli idarələrin xidməti avtomobillərinə qanunu boşa vermək icazəlidir. Bəs inkassatorlar?!  İnterneti, qanunvericiliyimizi axtarıb ələk-vələk etsəmdə, inkassatorlara dair bir şey tapmadım. Ümumilikdə əgər inkassatorlar fərdi bankalara məxsusdursa, deməli hökumətə heç bir aidiyyatı yoxdur və onların etdiyi bu kobudluq əslində qanun pozuntusudur. Bu mənim fikrimdir. Düzünü bilən varsa, buyursun.

Sual — İnkassatorların yollarda hərəkəti, onların yol qaydalarına tabeçiliyi hansı qanun və yaxud qayda ilə tənzimlənir?

Məsələ mənim üçün hələdə açıq qalır.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom