Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Hamısı mənimdir! Azərbaycan reallıqları

Bir vaxtlar kütlə üçün ən asan çörək pulu qazanmaq ona-buna baha qiymətə ev sırayıb maklerlik etmək idisə, məlum böhrandan sonra yeni dəb gəldi — əlinə bir taxta alıb yolun kənarında dayanan maşınlardan pul tələb etmək. Normal parking sisteminin olmaması həqiqətən biabırçı situasiya yaradıb. Əhalinin sıx toplandığı istənilən yerdə naməlum mənşəlli insanlar peyda olur, konkret reketliklə insanlardan pul yığırlar. Özü də xahişlə yox, məhz pul TƏLƏB etməklə. Bilmirsən verdiyin bu pullar həqiqətən dövlət büdcəsinə gedir, yoxsa bu dələduzluğun yeni müasir növüdür. Yəqin elə dələduzluqdur — çünki ödəmələr zamanı heç bir çek verilmir, bu isə bir başa dövlət vergisindən yayınma deməkdir. 90% hallarda konfliktlərə qarşı kompleksli millətimiz pulu ödəyir — ödəyim, təki başım dinc, əsəblərim sakit olsun.

Cəzasızlığa güvənib, indi bu növ dələduzluq sahilyanı çimərliklərə də yol açıb — bu günləri bir əcaib situasiyaya ilə rastlaşdım. Kürdaxanı bağları ətrafında (ora Pirşağı da deyirlər) əntiqə bir çimərlik yerləşir. Çimərlik digərlərinə nisbətdə çox kiçik, amma dənizin suyu çox təmizdir. Çimərliyin özü kiçik olduğundan ətrafları boş qumlaqlığdan ibarət idi. İdi… Amma bu ildən etibarən orada “quş-qondular” sayağı bəsit 3-4 “besedkalar” tikib, bütün çimərliyi 2-3 nəfərin arasında bölüb, özününki elan ediblər. Kim bölüb, necə bölüb, heç kimin xəbəri yoxdur. İndi bağ sahibləri dənizə çıxmaq üçün mütləq kiminsə “obyektinə” daxil olmalıdırlar. Onu da qeyd edim ki, araşdırma apardım və sən demə bu torpaqlar sırf dövlət reyestrində olan torpaqlardır, yəni torpaqların faktiki sahibi dövlətdir. Deməli bu quşqondular da qanunsuzdur. Bunu müvafiq orqanlar araşdırar, biz isə çimərlikdə istirahət edən şəxsləri narahat edən problemə toxunaq — qanunsuz pul yığımları. İndi çimərlikdə istirahət etmək istəyən şəxsdən məcburi yer haqqı (!) tələb olunur. Sual olundu ki, bu sahibsiz dəniz sahili üçün niyə yer haqqı ödənilməlidir, deyir bura bizim obyektin (obyekt deyərkən, uzaqda görünən qanunsuz bəsit 3-4 “besedka” nəzərdə tutulur) dənizidir (!). Analoqu olmayan iddia! Təsəvvür edin, gedib sahildən kənarda bir-iki qanunsuz “besedka” tikin, sonra da dənizi özünüzünki elan edin. OK. Bununla da razılaşdıq və “yer haqqı” ödəməyə razılıq verdik, amma bir şərtlə — bizə ödəniş aparıldığına dair çek veriləcək. Sən demə bunların nəinki kassa aparatı, heç ümumiyyətlə çekin nə olduğundan anlayışları belə yoxdur. “Bəs siz dövlətə vergi vermirsiniz?!” sualına cavab isə vəziyyətin nə qədər absurd olduğunu göstərir — cavab, sitat — “buranın yiyəsi özü “naloqda” işləyir!”. Sitatın sonu…

Allah köməyimiz olsun!

Mövzuya dair forumda müzakirələr ↓
Hamısı mənimdir! Azərbaycan reallıqları

Novxanı çimərliyi və ya çirkab sularda plaj…

Corat qutabı… Novxanı çimərliyinin əsas atributlarından biri. Amma qutab nə qədər dadlı olsada, Novxanı çimərliyi bir o qədər çirkin və qorxuludu.

Yoxlamalar necə Novxanı çimərliyini qiqiyenik və mikrobioloji vəziyyətini çimərlik üçün yararlı olduğunu təstiqləməsi mənim üçün müəmmalı qalır. Görünür burada da «anloqu» olmayan hörmət öz işin görüb.
Fakt – çimərlik pis gündədi,  su isə çirkab su iyi verir. Gözümüz görə-görə növbəti dəfə yalan danışırlar…

Novxanı çimərliyi

Amma yalanın doğrunun bu qara millətə nə faydası – plajda adam əlindən tərpənmək olmur, hətta suda axan «kakaşkalar» belə insanları çəkindirmir.
Onuda qeyd edim ki, Novxanı çimərliyinə əsasən Sumqayıtın çirkab suları axıdılır, hələ mən yaxındakı bağ evlərin demirəm.

Bir sözlə, sağlamlığınızın qeydinə qalırsınızsa, Novxanı çimərliyiə getməyin. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Novxanı çimərliyi və ya çirkab sularda plaj…

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom