Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Qarabağ münaqişəsi. Rus millətçiliyi. İsrail.

2 həftədən çoxdur ki, bloqa vaxt ayırmağa vaxt olmadı. Səbəblər bir neçədi — əsası — bədlik tutub məni, ya dırnağım əzilir, ya da əlimə dəmir batır (!). Keçirəm mətləbə — son dövrlər Qarabağ məsələsinin həlli, Rus millətçilərinin aktivləşməsi, İsrailin İrana hücumu və sair kimi xəbərlər çox aktualdır. Əslində bütün bu hadisələr bir-birinə bağlıdır. Necə?! Gəlin təhlil edək.

Rus İmperiyası süqut dövrünü yaşayır. Sosial haqsızlıqlar, demoqrafik fəlakət, rüşvət… Digər tərəfdən isə hələ də imperiyanı süqutdan xilas etmə cəhdləri. Rusiyanın mövcud siyasi elitasının apardığı hal-hazırki siyasət bunu nəzərdə tutur — nəyin bahasına olursa-olsun, Rusiyanın ömrünü uzatmaqdır.

Heç kimə sirr deyil ki, Rusiyanın süqutu Qafqazın itirilməsindən keçir. Məhz o səbəbdəndir ki, regionumuzda baş verən hadisələrə minimumdur müdaxilə etmə imkanımız var. Bu yaxınlarda Rusiyanın məşhur siyasi analitiklərindən biri Aleksandr Duqin Rusiyanın Qafqazı saxlama planını açıqlayıb — Rusiya süqutunu gecikdirmək üçün mütləq Qarabağ probleminin həll edilməsinə yol verməməlidir! Analitikin gəldiyi nəticəyə görə Qarabağ münaqişəsi həll edildikdə münaqişə tərəfləri avtomatik olaraq “Qərb yönümlü” olacaq, bu isə növbəti münaqişə zonasının Rusiya sərhərləri ətrafında deyil, Şimali Qafqaz torpaqlarında baş verməsinə gətirib çıxaracaq. Qafqaz xalqlarının çılğınlığını nəzərə alsaq, növbəti İçkeriya, İnquşetiya qaçılmazdır. Deməli bizim Qarabağı öz gücümüzə həll etməyimizə dair xülyaya bir quş — nə qədər ki, Rusiya mövcuddur, bu münaqişənin həlli mümkünsüz görünür, əlbət möcüzə olmasa.

Cənab Aleksandr Duqinin müsahibəsini təqdim edirəm:

Sual oluna bilinər, bəs Qərbin Rusiyanı dağıtmaqda məqsədi nədir?! İlk öncə Rusiyanın sahib olduğu tükənməz təbii ehtiyyatlar. Digər bir versiyanı isə həmyerlimiz və Rusiyanın çox tanınmış siyasi mülahizəçilərindən biri Heydər Camal səsləndirir — Rusiyanın dağılması əslində İsrailin marağındadır.

İş ondadır ki, İsrail dövləti hal-hazırda böyük dövlətlərin dotasiyaları hesabına mövcudiyyatını davam etdirir. Amma Qərb iqtisadiyyatının zəifləməsi ilə bu dotasiyaların da həcmi azalmaqdadır. Bu azmış kimi, İkinci Dünya müharibəsinin nəticələrinə əsasən imzalanmış və Almaniyanı hər il İsrailə külli miqdarda pul ödəməyə məcbur edən sövdələşmənin də müddəti bitməkdədir. İsrail xarici dotasiyasız, köməksiz çox yaşaya bilməz. Burada isə növbəti plan işə düşür — yahudilərin Rusiyaya kütləvi köçü.

Məhz yuxarıda sadaladığım səbəbdən qaynaqlaraq hal-hazırda Rusiyada millətçilik ifrat həddə çatıb. Məqsəb — Qafqazın Rusiyadan ayrılmasına nail olub, qalan Rusiyanı bölüb rahatca orada yerləşməkdir. Niyə məhz qafqazlıları?! Çünki çılğın xarakterli bu etnosu (millətləri) idarə etmək qeyri mümkündür — onların nazı ilə oynamaqdansa, buraxırlar onları baş-başa, qoy müharibələrini etsinlər, özləri isə Rusiya ərazisində unutar, ambisiyasız İsveçrə sayağı dövlət yaradırlar.

Cənab Heydər Camalın müsahibəsi:

Camal bəyin sözlərinə qüvvət — Rusiyada fəaliyyətdə olan demək olar ki, bütün millətçi qüvvəllərin başçıları yəhudi əsillidir və ya İsrail vətəndaşlığı var. Məhz bu qlobal planın tərkib hissəsi kimi bu yaxınlarda növbəti yəhudi — Rusiyanın məşhur siyasi tok-şou aparıcılarından biri Solovyevin Azərbaycana qarşı təhqiramiz sözlər istifadə edib, millətçiliyi qabardıb, guya rus xalqı adından danışmasını qeyd etmək olar.

Solovyev erməni və yəhudi əsilli AvtoVAZ rəhbərliyinin Azərbaycana buraxılmamasına dair fikir bildirib, xalqımızı iqrçilərə və faşizmə xas sözlərlə təhqir edib. Əminəm ki, onun özünə bu tip sözlər deyilsəydi, çoxdan o adamı antisemit adlandırıb basmışdılar türməyə…

Yəhudi Solovyevun radioda irqçi çıxışı. Axıra kimi dinləyin:

Camalın sözünə qüvvət isə yəhudi rahibindən gəldi. Rahibin sözünə görə — sən demə indiki Rusiya qədim yəhudi torpaqlarıdr! (Ermənilərin yeri məlum) =)

Gördüyünüz kimi Rusiyada bütün irqçi, millətçi çıxışların arxasında yəhudi millətindən olan insanlar dayanır. Yəhudilərin isə böyük Sion layihəsindən yəqin xəbəriniz var. Artıq Sion gerçəkləşməkdədir — bütöv dövlətlər ya bir iki qruplaşmanın girovuna çevrilir, ya da zorla ələ keçirilir — təsəvvür edin o boyda İspaniya, Portuqaliya, Yunanıstan iqtisadiyyatının 95% xarici və ölkəyə heç bir aidiyyatı olmayan investorlara məxsusdur! İqtisadiyyatı ələ keçiriləcək növbəti ölkə İtaliyadır. Təsmilçi oyuna ehtiraz edənlər isə həmən “demokratik” kütləvi informasiya vasitələri vasitəsilə xalq düşməni elan edib, məhv edirlər. Bu halda zorla ölkəni ələ keçirmə prosesi baş verir. Bunun şahidi — Əfqanıstan, İraq, Liviya hadisələrində olduq. Növbədə Suriya və İrandır.

Digər tərəfdən bu proseslərə sırf Azərbaycan maraqlarından yanaşdıqda — bu olayların bizə xeyri də dəyə bilər — Rusiya dağıldığı halda ölkədə demokratik qüvvələr hakimiyyətə gəlir, Qarabağ münaqişəsini həll etmək şansımız yaranır, Türkiyə geopolitik məkanda daha da güclənir. İnşallah xeyirlisi.

Mövzuya dair forumda müzakirələr ↓
Yəhudilər lənətlənmiş millətdirsə… ?!

Liviya… Suriya, Səudiyə Ərəbistanı, Türkiyə, İran… Çin

Artıq bir həftəyə yaxındır ki, qərb Liviyanı viran qoymaqdadır. Bir neçə ay bundan öncə ərəb “inqilablarını” canlı yayımla dünyaya çatdıran informasiya agentlikləri indi bu olayla bağlı cəmi 1-2 dəqiqəlik qısa süjetlər hazırlayırlar. Bir vaxtlar tərəfsizliyinə görə böyük rəğbətimi qazanan Euronews-un necə “tərəfsiz” olduğu bu olaylardan sonra sübut olundu. Əhsən. Bu günlərdə bir qardaş statusunda belə yazmışdı — “yəqin 20 il sonra ABŞ prezidentləri ekran önündə DEMOKRATİYA naminə uşaqları diri-diri yeyəcəklər”. Sitatın sonu (c). Haqlıdır. Ay Sem dayı, de bizə neft lazımdır, de neoquldarlıq planımız var, şansınız yoxdur, qul olmalıyıq, de bunları, biz də işimizi bilək. Yoxsa nə qədər axı yalandan demokratiya, demokratiya olar…

Ərdoğanın isə ABŞ-ın əl-altısı olduğunu söyləyənlərə inanmırdım. Demokratik Cümhuriyyəti dizi üstünə qoyub bütün ziyalıları türməyə basan bu despot yalandan xalq arasında natiqlik edib, rəğbətini qazanıb, amma əməldə ABŞ-ın göstərişlərini yerinə yetirir. Deyirdi guya qərbin Liviya macarasında iştirak etməyəcək. Nə oldu? Bu gün eşidirəm N qədər gəmi göndərib. Yoxsa xanım Klintonun sözündən çıxa bilmədi? Yoxsa siz inanırsınız ki, adi bir sözün üstündə durmağa cəsarəti olmayan birisi İsrailə təpkilər etmək iqtidarındadır?! İnandırım sizi o İsrailə qarşı təpkilər də yaxşı qurulmuş tamaşadan başqa bir şey deyil. Məhz elə Ərdoğanın əli ilə tezliklə ərəb “inqilabları” Türkiyədə də reallaşacaq — nəticədə ABŞ-ın çoxdan hazırladığı yeni qeopolitik situasiya formalaşacaq — Türkiyə bir neçə topluma (dövlətə) bölünəcək.

Bunu siyasi ekstrasens və kremlin klounu kimi tanınan Jirinovskiy də bu günlərdə söylədi — bütün şərq aləmi qarışdırılır və bunun məntiqi nəticəsi kimi 2030-cu ildə Çin dağıdılır. Bununla da Anqlo-saksların və onların bir yerlərini öpən fransızların qlobal neoquldarlıq planı növbəti fazaya keçir.

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Qarabağ. Dalan yoxsa həll yolu?!

Son günlər başım biraz qarışıq idi. Nəhayət kompüterə əlim çatdı. Təki başımız İnşallah xeyir işlərə qarışsın. Söz verdiyim kimi, ATƏT-in son sammiti və Qarabağ problemi ilə bağlı fikirlərimlə qısa olaraq bölüşürəm.

Artıq bir çoxlarımızın xəbər tutduğu kimi, ATƏT-in bu günlərdə Qazaxıstan paytaxtı Astanada növbəti sammiti keçirildi. Bu sammitə böyük ümidlər olsa da, Rusiyanın potronajı altında hərəkət edən Ermənistanın və yekun bəyannamə zamanı elə Rusiyanın özünün də cığallıq etməsi bütün bu ümidləri puç etdi. Rusiya bir daha təsdiq etdi ki, o bizə sərf edən istənilən addımın atılmasına heç vaxt imkan verməyəcək. Bununla Rusiyanın xarici siyasətində korektələr edilməsinə dair səslənən fikir və mülahizələr havaya sovruldu. Biz bir daha Rusiyanın əsl simasını gördük.

Bəs belə olan halda nə etməliyik? Öz subyektiv fikirlərimlə bölüşəcəm:

Fikrimcə, ilk öncə proseslər ölkənin daxilindən başlamalıdır. Bütün post-sovet ölkələrinin bəlası — korrupsiya ilə mübarizə yeni, aktual fazaya keçməlidir. Bir sıra orqanların fəaliyyəti xalq üçün şəffaflaşdırılmalıdır, hakimiyyət və xalq arasında bağlılıq daha da gücləndirilməlidir. Müxalif yönümlü söz sahiblərinə də yer verilməlidir ki, onlar da öz sözlərini deyə bilsinlər. Çünki onlara söz vermədikdə, arzuolunmaz aqressiya yaranır və bu da kütləyə təsirsiz ötüşmür. Qanunun aliliyini təmin etmək üçün, əlbət ki, müharibə dövrünü yaşayan bir ölkə üçün mütləq diktatın da olması labüddür.

Daha sonra türk silahlı qüvvələrinin Azərbaycana keçidini təmin etməliyik. Ən azından 3 alay. Bəli, bizim ordumuz kifayyət qədər qüdrətlidir, amma müharibə olduğu halda, şimal və cənub bölgələrimizdəki aktivləşəcək bir neçə separatist fikir daşıyıcılarının neytrallaşdırmasını, həmçinin fürsətdən istifadə edən Rusiya və İranın Azərbaycana soxulmasının qarşısını yalnız Türk ordusunn “xofu” ala bilər. Bütün bunları nəzərə alaraq bu alayların birini cənub bölgələrimizdə, birini şimal zonada, digərini isə birbaşa ermənilərlə təmas xəttində yerləşdirmək olar. Türk ordusu bizə yalnız aqressor və separatçıları saxlamaq üçün lazımdır. Öz ordumuz isə asanlıqla Qarabağı ermənilərdən təmizləyə bilər. Lap Zəngəzuru və Ermənistanın indiki bölgələrinin bir neçəsini də ələ keçirmək olar — bufer zonası yaradıb, indiki erməni siyasətini elə özlərinə qarşı tətbiq etmək mümkündür.

Bütün bunları reallaşdırmağa bizim cəmi 5-7 ilimiz var. Çünki 2016-cı və 2018-ci illərdə Rusiyada müvafiq olaraq Beynəlxalq Olimpiya oyunları və Futbol üzrə Dünya Çempionatı keçiriləcək. Belə olan halda Rusiya Ermənistana görə milliardlarla sərmayəni boşuna verib müharibəyə qoşulmağa risk etməz. Yəqin o vaxta kimi İran problemi də həll olunar. Düzünü zaman göstərəcək.

Bu qədər. Bu mənim subyektiv fikirlərim idi. Razı deyilsinizsə, xahiş edirəm əsaslandırın. Yoxsa yazı yazmaq xatirinə yazılan rəylər pozulacaq.

Mövzuya dair forumda müzakirələr ↓
Qarabağ. Dalan yoxsa həll yolu?!

Bizə kim lazımdı? İran yoxsa İsrail?! Düşüncələrim…

Son bir neçə ildə çox aktuallaşan bir mövzu var — İran və İsrail arasında olan konflikt. Bəs Azərbaycan bu konflikt olduğu halda kimin tərəfin saxlamalıdır?! Gəlin bütün emosiyalarımızı kənara qoyub hər şeyi bir-bir təhlil edək.

İran. Azərbaycanın yaxın və tarixi qonşusu. Din qardaşlarımız. Əslində bu konfliktdə biz alternativsiz İranın tərəfin saxlamalı idik… amma… Bu amma olmasa.

Amma isə ondan ibərtdir ki, İran bizi müstəqil olaraq görmür. İran hələdə Azərbaycanı özünün müvəqqəti ayrı düşmüş bir parçası hesab edir və buna dair mütamadi təpkilərlə çıxış edir.
İran daim Azərbaycan hava və su sərhədlərin pozur,  ölkəmizlə hədə-qorxu dilə ilə çıxış edir, konfliktdə olduğumuz ermənilərə dəstək olur… və digər İrana baş ucalığı gətirməyən insidentlər… Yadımdadı, mən tələbə olarkən İran Azərbaycanın su sərhədlərinə məhəl qoymadan hansısa yatağı ələ keçirməyə cəhd etmişdi, elə buna görədə türk Şahinləri (F-15 təyarələri ilə) Bakıda qol gücü göstərdilər, İran geri çəkildi. Hələ fars şovinizminin Cənubi Azərbaycanda türkçülüyi əzməsindən danışmıram.

Iran vs. Israel

İsrail. Dini və insani emosiyalardan çıxış etsək — İslamın nömrə bir düşməni, insan hüquqlarını boşuna verən bir dövlət. Daima İslamı alçaldıb, öz vəhşi siyasətlərin yeridən bir dövlət. Amma… Budada bir amma var. Dini kənara qoyub soyuqqanlı təhlilə keçsək görərik ki, İsrail birinci Qarabağ müharibəsində Azərbaycana çox böyük dəstək olub (qardaş Türkiyədəndə çox). Bu kömək istər silah-sürsatla, istərsə maliyyə vasitələri ilə edilib. Kütlənin inadla dəstəklədiyi müsəlmançılıqdan çıxış etsək isə — Fələstinin rəhmətlik başçısı Yasir Ərafatın “Qarabağ xalqının (ermənilər nəzərdə tutulur) Azərbaycanla mübarizəsi, haqq mübarizəsidir (fələstinlilərin İsraillə mübarizəsinin eynisidir)” deməsini yada salsaq, onda İsrail heçdə bizim düşmən deyil. Hərçənd heç İranın da ənənəvi İslam dövlətləri tərəfindən dəstəklənmədiyinin şahidiyik.

Bəs bütün bunları nəzərə alsaq, onda bizim dostumuz kimdi? Fikrimcə heç kim. Hər iki dövlət hansısa bir müddətdə Azərbaycana kömək edibsə, bunu öz siyasi maraqları səbəbindən edib.

Bəs münaqişə olsa? Bu münaqişənin 2 nəticəsi ola bilər:

  1. İran müharibədən qalib çıxıb, nüvə silahına sahib oldu. İlk öncə sırf Azərbaycançılıq faktorundan çıxış etsək — onda Cənubi Azərbaycanın yaxın perspektivdə azadlığına bir quş. Yagin ki, İran həmən öz qalan düşmənlərini hədələməyə başlayacaq. Hesab etsək ki, İran öz düşmənlərindən biri kimi də bizi görür (cənub bölgələrimizə İranın qanunsuz yayımladığı Səhər telekanalına baxmaq yetərki, buna əmin olasız), onda Azərbaycanın vəziyyəti ürəkaçan olmayacaq. Fikrimcə, İsraili məğlub edəndən sonra dahada təkəbbürləşən şovinist İran mütləq Azərbaycana hücum edəcək, hərçənd farslar buranı (Azərbaycanı) özlərinin qanuni torpaqları hesab edir, bu qaçılmazdır. Bütün bunları nəzərə alsaq, İranın bu müharibədə qalibiyyəti bizə heç sərf etmir.
  2. İsrail İranı darmadağın edib, qalib gəldi. Bu halda da bizi yaxşı perspektivlər gözləmir. Bəziləri deyəcək, niyə ki? İran dağılsa, Cənubi Azərbaycan müstəqil olacaq və ya bizimlə birləşəcək… Birincisi Sem dayı və kampaniya imkan verməz ki, regionda ikinci qüdrətli türk dövləti yaransın. Buna heç bir qərb dövləti (Rusiyadan tutmuş, karlik Andoraya kimi) razı olmaz. İkincisi, İranın dağılması Azərbaycanın lap göbəyində İraqdan da dəhşətli bir destabil ölkənin yaranması deməkdir. Üçüncüsü, İsrailin İranı məhv etməsi öz-özlüyündə böyük mənəvi qalibiyyat olacaq, onu dahada qəddarlaşdıracaq, İsrailin İslama, qardaş Türkiyəyə təpkiləri dahada sərtləşəcək. Dördüncüsü, bütün şərq (müsəlmanlar) qərbin de-fakto quluna çevriləcək… Bütün bunları da nəzərə alsaq, heç İsrailində qalibiyyəti bizə yaxın perspektivdə yaxşı heçnə vəd etmir.

Gördüyümüz kimi hər iki variant Azərbaycana sərf etmir. Ümumiyyətlə müharibə başladıqda regionda qatma-qarışıqlıq olacağı 100%-di. Bu isə onsuz müharibə şəraitində yaşayan Azərbaycan üçün istənilən halda sərf etmir.

Nə deyim, Allah köməyimiz olsun.

Mövzuya dair forumda müzakirələr ↓
Bizə kim lazımdı? İran yoxsa İsrail?! Düşüncələrim…

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom