Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan sayağı “Qədr” gecəsi

Qədr gecələrinin birində yaxınlarla yatmayıb, məsciddə dua etmək qərarı verdik. Bir neçə məscidə baş çəkdik — bağlı oldu. Yolumuz düşdü Nizami metrosu yaxınlığındakı məscidə. Məsçid ətrafında kifayət qədər çox adam toplaşmışdı. Keçdik içəri. Məscidin içi də demək olar ki, insanla tam dolmuşdu. Amma bu “dolmanın” dinə-imana heç bir aidiyyatı yox idi. Allaha ibadət üçün yığışan bəndələrin 90%-i dua etmək əvəzinə öz aralarında deyib-gülüb, söhbətləşirdilər. Mənə elə gəldi millət çayxana ilə məscidi səhv salıb, nəticədə elə məsələnin belə olduğu ortaya çıxdı (buna qayıdacam). Dediyim kimi, hərə öz işində idi — kimisi burnunu qurdalayır, kimisi qaqqıltı ilə gülür, kimisi ölkədəki siyasi-iqtisadi durumu müzakirə edir, kimisi də dizi üstə oturub surikatlar fason ora-bura boylanırdı. Mənim qonşum isə ayaq barmaqlarının arasında nəsə tapmışdı, yaman eşələyirdi. Tək-tük insan tapılardı ki, kənara çəkilib duasını etsin.

Məyusluq bununla bitmədi — məscid boyu salınmış və üstündə namaz qılmaq üçün nəzərdə tutulan xalçalarda 3-4 ayın tozu-torpağı var idi. Təsəvvür edin, insan hər səcdəyə getdikdə yarım ton toz udmalıdır. Yəqin məscidin işçilərinə adi tozsoranla bir dəfə də olsun bu xalçaları təmizləmək “zapodlodur”. Natəmizliyin digər göstəricisi — insanların hərəkəti üçün xətlərin qoyulmaması idi — oturub dua edirsən, birdə gördün sən səcdə edən yerə (alın qoyulan yer) kimsə kirli ləpə ayağını basıb keçdi.

Nəsə, duamızı edib çıxdıq çölə — bax indi anladım ki, insanlar bura elə çay üçün gəlibmiş. Həyətdə çay ehsanı verilirdi. Fərdi eqoizmdə analoqu olmayan xalqımız bir stakan çay üstündə canını belə fəda etməyə hazır idi. Növbəyə durub, gözləyib, nəhayyət həsrətində olduğu o bir stakan çayı alıb böyük bir qənimət sayaraq vururdular bədənə…

Beləcə Qərd gecəsi də keçdi…

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan sayağı “Qədr” gecəsi

Dubai. Azərbaycan gəncinin qeydləri… (3-cü hissə)

Dubai dedikdə orta-statistik Azərbaycanlının ağlına həmən ucu-bucağı olmayan ticarət mərkəzləri gəlir. Doğrudan, Dubai-a gedib o əfsanəvi ticarət mərkəzlərini gəzməmək günah olardı.

Dubai ticarət mərkəzləri özü-özlüyündə böyük və tükənməz bir dünyadır — bütöv günlərimi sərf etdim, amma nə Dubai City Mall-ın, nə Dubai City Center-in, nə də ki, Dubai Festival Center-in sonuna gedib çıxa bilmədim. Özü də hər birində dəfələrlə oldum. Miqyası təsəvvür edin — bizim görməmişcəsinə ağzı sulu və harda gəldi reklam etdiyimiz Park Bulvar adi Dubai City Mall-ın yanından ən azından 1000 dəfə kiçikdir. Deyərdim Mall-ın elə bir seksiyası Park Bulvar boydadır. =)

Şəkildə — Ticarət mərkəzlərinin nisbətən kiçiklərindən sayılan Festival Center-in 100-lərlə olan xollarlarından biri.

Dubai Ticarət Mərkəzləri tək miqyası ilə seçilmir — onlar insan qabiliyyətinin böyük əsərləridir — hər birinin özünə məxsus memarlığı, daxili tərtibatı, təmizliyi, səliqəliyi göz oxşayır. Bütün dünya brendləri bu kimi mərkəzlərdə özlərinə yer etməyə çalışır. Burada siz Ferraridən tutmuş Bvlgari-yə kimi dünya brendlərini görə bilərsiniz.

Şəkildə — Dubai Ticarət  Mərkəzləri o qədər böyükdür ki, hər seksiyanın sonunda bir böyük incəsənət əsəri olur. Bu fontan kimi.

Şəkildə — və hətta içində yırtıcı akulalar üzən nəhəng akvariumlar…

Gold. Dubai-a gələn Azərbaycanlının işlətdiyi ilk söz. Elə yəqin ona görədir ki, nəhəng qızıl mərkəzlərində analoqu olmayan sayda müşahidə kameralarına rast gəlinir. =)

Onu da qeyd edim ki, Dubai-da satılan qızıl-brilyant həqiqətən göz oxşayır. Onları gördükdən sonra bizim Mərkəzi Univermaqda “brilyant” adıyla satılan daşların adi şüşə olmasına əmin olursan. Nə yazıqlar ki, bizdə zinət əşyaları belə saxtadır…

Şəkildə — Adətən təhlükəsizlik səbəbindən müşahidə kameralarının şəklini çəkməyə icazə vermirlər, amma bu dəfə çəkə bildim. Bax və təəccüblən! Şəkildə hələ mən bütün kameraları qeyd etməmişəm. =)

Ümumiyyətlə, Ticarət Mərkəzlərində fotoaparata gəzən şəxsə biraz şübhəli baxırlar, səbəb — şəkilləri çəkib, sonra malların plaqiat edilməsindən çəkinirlər. Plaqiatdan söz düşmüşkən:

Şəkildə — Bəs sizin Bakıda Dubai binalarından bəsitcəsinə plaqiat edilimş 5 ulduzlu eviniz varmı?! =)

Bir şeyə də fikir verdim, Dubai-da normal səviyyəli adam özünə sığışdırıb gedib McDonalds və digər fastfood kafelərdə yemək yeməz, oralar qara millətin məskənidir. Bizdə isə bunun tam əski müşahidə edilir.

Şəkildə — Korobka-korobka “Niaqrası” var ərəblərin. =)

Bu günlük də bu qədər. Davamını gözləyin. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Gürcüstan — dost, yoxsa düşmən?!

Gürcüstan. Azərbaycanın bu dövlətə daim yardımçı olması, hər sahədə dəstəyi heç kimə sirr deyil. Bəs onların bizə münasibəti necədir? Bizim kimi onlar da ifrat tolerantlıqdan əziyyət çəkirlərmi? Müşahidələrim onu göstərir ki, YOX. Gürcülər həddən artıq milliyətçi bir xalqdır və onlar nömrə bir düşmənləri kimi də məhz türkü görürlər. Ola bilsin indi siyasi oyunlarda ölkə türkyönümlü yol tutulub, amma bu məcburiyyətdir — gürcülər yerə-göyə sığmayan təkəbbürləri ilə artıq bütün qonşularla düşməndirlər + qərbə inteqrasiya istəyi.

Təkəbbür. Gürcülər kimi özlərindən razı, özlərindən başqa heç kimi qəbul etməyən (yəhudilər onların yanında günahsız uşaqlara bənzəyir) ikinci bir xalq görmədim. Hətta farsları belə öz təkəbbürləri ilə geridə qoyurlar. Bu təkəbbür hər yerdə hiss olunur — adi gürcü restoranında gürcü ofisiantın davranışından tutmuş, siyasi oyunlarına kimi.

Belə olmasaydı, Azərbaycanın hesabına rus ayısının cəngindən qurtula bilən gürcü xalqı öz müsəlman təmsilçilərini (Azərbaycan türklərini) Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsindən ayırmaq eşqinə düşməzdi. Belə ki, bu günlərdə gürcüləşmiş türklər vasitəsilə Gürcüstan Müsəlmanları Idarəsi yaradılıb (Azadlıq qəzetinə istinadən yazıram). İdarənin yaradıcısı kimi vəzifə və şəxsi ambisiyaları hər şeydən üstün tutan Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və Kvemo-Kartli (Borçalı) qubernatorunun müavini Hüseyn Yusifovdur. Gürcülərin sevdası Gürcüstanda yerləşən bütün məsçidləri, dini qurumları Qafqaz Müsəlmanları Idarəsindən alıb bu qondarma quruma verməkdir. Sözsüz, bunun əsas məqsədi Azərbaycanın orada yaşayan türklərə təsir dairəsinin kiçiltmə istəyidir. Allah heç sevdalarına çatdırmasın.

Bu azmış kimi, dünən (Armtoday xəbər verir) Gürcüstan Leyborist Partiyasının sədri Soso Şatberaşvili Bakıdakı gürcü səfirinin geri çağrılması ilə bağlı iddia qaldırıb. Öz iddiasını əsaslandıran gürcü Şatberaşvili deyib ki, sitat — Azərbaycanda Sainqilo bölgəsində (Qax-Zaqatala zonasına gürcülərdən qondarma ad) gürcülərə öz dilləridə danışmağa, gürcü soyadları daşımağa qadağa qoyulub, gürcü kilsələri, məktəbləri, mədəniyyət mərkəzləri bağlanılır, amma bizim səfir buna reaksiya vermir.

Havalanmış gürcü sayaqlamasını belə bitirib — Azərbaycan Alazani (bizim Qanıx çayı) çayının yerdəyişməsi nəticəsində Gürcüstanın torpaqlarını zəbt edib! Sitatın sonu. Xatırladım ki, bu gürcülərin Azərbaycan torpaqlarına ilk iddiaları deyil.

Bütün bu olaylara Azərbaycanlıların Borçalı bölgəsindən sıxışdırılmasını, Beynəlxalq qurumlarda Gürcüstanın bizə qarşı tərəfsizlik göstərməsini da əlavə etsək, Gürcüstan nəinki dost dövlət, Gürcüstan bizim üçün ermənidən də iddialı və təkəbbürlü bir qonşudur. Deyəsən öz əlimizlə (oxu — neftimiz, qazımız, işığımız, pulumuz) ilan böyüdürük. Psevdopatriotlarımız isə ağız dolusu Azərbaycan-Gürcü dostluğundan yazır, danışır.

Əlbətdə ki, indiki çətin bir dönəmdə durub Gürcülərlə dava etməyimiz də düzgün deyil, ehtiyyatlı siyasət aparmaq lazımdır. Digər tərəfdən ilanı öz əllərinizlə dirçəltməli deyilik. Dövlətin siyasətinə təsirimiz sıfır olduğundan, bir Azərbaycan vətəndaşı kimi gürcü iqtisadiyyatına kiçik də olsa xeyir verməkdən çəkinin. Bunun bir yolu var var — iqtisadi iqnor — restoranlarından tutmuş, marketlərimizdə satılan onların dadsız və sağlamlıq üçün ziyanlı şirələrinə, mineral sularına (bəli, Borjominin tərkibi — adi suya qatılmış SODA (!), xəbəriniz ola) kimi, bölgələrində istirahət etmək kimi istəklərdən vaz keçmək lazımdır.

Nəsə… Tanrı türkü qorusun!

Mövzuya dair forumda müzakirələr ↓
Gürcüstan — dost, yoxsa düşmən?!

Azərbaycan. Osama. Qeybət və qoyun ki, qoyun…

Həftə içi biraz pozitivlənək. Sırf video görüntüləri təqdim edirəm. İlk olaraq Azərbaycanın promo-çarxına diqqət yetirin. Yeni çəkilib. Zövqlüdür, musiqi tərtibatı da həmçinin, amma informativ deyil.

***************************************************************

Rusiyanın “Birinci” kanalının CİA agentinə istinadən iddiasına görə Osama Ben Laden hələ 5 il bundan öncə ölübmüş. Kişini yaxşıca yuyub, torpağa da basdırıblar. İndi isə kütləyə çatdırılan “ölüm xəbəri” teatral şoudan başqa bir şey deyil. Mütləq izləyin.

***************************************************************

3-4 il bundan öncə lokalizasiya etdiyim bir çarx — Qeybət etməyin! İslama görə hər qeybət edən şəxs öz doğma qardaşının (bacısının) ətini yemiş olur.

***************************************************************

Qoyun. Özü də döyüşkən, mübariz. Bəli, belələri də olur. Tanış olun — Rusiyalı qoyun-qoç Borya. 😀

Mövzuya dair forumda müzakirələr ↓
Youtube

Liviya… Suriya, Səudiyə Ərəbistanı, Türkiyə, İran… Çin

Artıq bir həftəyə yaxındır ki, qərb Liviyanı viran qoymaqdadır. Bir neçə ay bundan öncə ərəb “inqilablarını” canlı yayımla dünyaya çatdıran informasiya agentlikləri indi bu olayla bağlı cəmi 1-2 dəqiqəlik qısa süjetlər hazırlayırlar. Bir vaxtlar tərəfsizliyinə görə böyük rəğbətimi qazanan Euronews-un necə “tərəfsiz” olduğu bu olaylardan sonra sübut olundu. Əhsən. Bu günlərdə bir qardaş statusunda belə yazmışdı — “yəqin 20 il sonra ABŞ prezidentləri ekran önündə DEMOKRATİYA naminə uşaqları diri-diri yeyəcəklər”. Sitatın sonu (c). Haqlıdır. Ay Sem dayı, de bizə neft lazımdır, de neoquldarlıq planımız var, şansınız yoxdur, qul olmalıyıq, de bunları, biz də işimizi bilək. Yoxsa nə qədər axı yalandan demokratiya, demokratiya olar…

Ərdoğanın isə ABŞ-ın əl-altısı olduğunu söyləyənlərə inanmırdım. Demokratik Cümhuriyyəti dizi üstünə qoyub bütün ziyalıları türməyə basan bu despot yalandan xalq arasında natiqlik edib, rəğbətini qazanıb, amma əməldə ABŞ-ın göstərişlərini yerinə yetirir. Deyirdi guya qərbin Liviya macarasında iştirak etməyəcək. Nə oldu? Bu gün eşidirəm N qədər gəmi göndərib. Yoxsa xanım Klintonun sözündən çıxa bilmədi? Yoxsa siz inanırsınız ki, adi bir sözün üstündə durmağa cəsarəti olmayan birisi İsrailə təpkilər etmək iqtidarındadır?! İnandırım sizi o İsrailə qarşı təpkilər də yaxşı qurulmuş tamaşadan başqa bir şey deyil. Məhz elə Ərdoğanın əli ilə tezliklə ərəb “inqilabları” Türkiyədə də reallaşacaq — nəticədə ABŞ-ın çoxdan hazırladığı yeni qeopolitik situasiya formalaşacaq — Türkiyə bir neçə topluma (dövlətə) bölünəcək.

Bunu siyasi ekstrasens və kremlin klounu kimi tanınan Jirinovskiy də bu günlərdə söylədi — bütün şərq aləmi qarışdırılır və bunun məntiqi nəticəsi kimi 2030-cu ildə Çin dağıdılır. Bununla da Anqlo-saksların və onların bir yerlərini öpən fransızların qlobal neoquldarlıq planı növbəti fazaya keçir.

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

İnqilablar. Səbəblər. Müşahidələrim

Misirdə möhtəşəm xalq inqilabının, Mübarəkin insanlığa yaraşmayan qəddarlığının və şərəfsizliyinin görüntüləri fonunda ümumiyyətlə son 3-4 ay ərzində baş verən olaylara fikrimi bildirmək istəyirəm. Axı nə oldu ki, dünya birdən-birə qarışdı?! 30-40 il qəddarlıq və özbaşnalığa dözmüş xalq necə oldu ki, birdən-birə küçələrə çıxdı?! Bəli, sosial ayrıseçkilik, rüşvətxorluq və diktaturanın hökm sürməsindən xalq artıq cana doymuşdu — bununla tam razıyam. Amma xalqın, kütlənin küçələrə axışması və özünü düşünülmüş şəkildə aparıb, ağıllı kütlə kimi göstərməsi (məsələn, dünən Misir inqilabçıları küçələri təmizləyirdilər ki, özlərini idarə olunan kütlə kimi göstərsinlər — bu isə amerika sayağı klassik bir PR addımdır) onu deməyə əsas verir ki, kütləni idarə edənlər heç də Misirdə yerləşmirlər.

4-5 ay bundan öncə Wikileaks-ı ortaya atan ABŞ administrasiyası əslində yeni dəyişikliklər barədə hər kəsə işarə verdi, bunun haqda yazmışdım. Daha sonra Sudanı 2 yerə böldülər (buna hələ qayıdacam). Sonra Tunis, indi isə Misir. Tunis hadisələrində də bir başa qərbin əli var idi, onlar bir tərəfdən xalqı, digər tərəfdən isə Ben Alini dəstəkləyirdilər, hətta Fransız nazir ölkədə ixtişaşların baş verdiyi vaxt ona tərif yağdırmaqdan belə çəkinmirdi. Buna deyirlər — tutar qatıq, tutmaz ayran. Hər iki tərəfə dəstək verib, hansısa  güzəştlər əldə etmək — biri qalib olduqda ondan bu güzəştləri tələb etmək. Qərb siyasəti çox mürəkkəbdir. Eyni olayları indi biz Misirdə də müşahidə edirik — Mübərək yüzlərlə cavanı qanına qəltan edib, hər zaman digər dövlətin işlərinə qarışmamaq prinsipini əlində bayraq edən Obama isə işə qarışaraq ikili söhbət aparır — həm Hüsnünü dəstəkləyir, həm də islahatlar (oxu ABŞ üçün güzəştlər) istəyir. Çox güman ki, inadkar eşşəyi xatırladan Mübarək tezliklə rədd olacaq, amma bu olayların heç də sonu deyil. Tezliklə bu tip ixtişaşlar digər dövlətlərə və regionlara keçəcək. Fikrimcə ABŞ administrasiyasının bu hər tərəfli düşünülmüş qlobal planı hələlik ərəb dövlətlərini əhatə edəcək. Sudan, Tunis, Misir. Növbədə Livan və ya İordaniya ola bilər.

Söz verdiyim kimi Sudan məsələsinə qayıdıram. Bu ən böyük (Afrikadakı ərazisinə görə) ərəb dövlətini qərb süni şəkildə dağıtdı. Bir kadr post edirəm — baxın, görün insanları bir-birlərinə lənət olmuş qərb missionerləri necə düşmən edirlər.

PS. Nursultan hələ indi 20-ci ilə kimi özünü prezident kimi təstiqlətdirir. Bədbəxt insan. :s:

PS2. Bu gün həmvətənimiz Mübarəkin gülləsinə tuş gəlib. Allah rəhmət eləsin!

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Dində böhran?! Fikirlərim

Bir neçə müddətdir müşahidə edirəm — ən proqressiv gəncliyimiz sürətlə dindən uzaqlaşır, müqəddəs kitabları ələ salıb, dini primitivlik əlaməti hesab edirlər. Bu tendensiya adətən qərbdə daha çox yayılmışdı, indi də biz bunun şahidi oluruq. Axı niyə savadlı insanlar dindən uzaqlaşırlar?! Bəlkə dinin özü doğurdan da primitivləşib?! Yox, fikrimcə primitivləşən din deyil, dini təmsil edən fərdlərdir, şəxsi mənafeyə görə “imana” gələnlərdir.

Maraqlı misal — heç bir video çarxına baxmadığım, amma dostlar tərəfindən vaxtı ilə çox təriflənən Harun Yahya özünə məxsus “qatıqlamqları”  ilə YouTube-un ulduzuna çevrilib. Əslində bu İslama qarşı əvvəlcədən düşünülmüş bir plan da ola bilər — Harunu bir qatı və elmli dindar kimi PR edərək kütləyə istədirlər, daha sonra onun necə mənəviyyatsız olduğunu göstərirlər. Nəticədə İslam bir din kimi gözdən düşür. Ola bilər. Amma gəlin öz bostanımıza da baxaq.

Azərbaycanda İslam dininə mənsub dindarları dörd yerə bölərdim:

1. Səmimi qəlbdən ali varlıq olan Tanrıya inanan, ona hər gün ibədət edib, onu hər an anan insanlar. Belələri hardasa dindarların maksimum 15-20%  təşkil edir.

2. Kiminsə namaz və ibadət etdiyini görüb, onunla bəhsə girib dinə gələnlər. Bu tip insanlar adətən dinə “pokazuxa” üçün gəlirlər. Məsçidlərdə müşahidələrim onu göstərir ki, bu tip insanlar dində olanların hardasa tam yarısını təşkil edirlər. Buna iman yox, bambılizm (cahilliyin bir növü) deyərdim. Bunların flaşmoberlərdən heç bir fərqi yoxdur, onlar da “pokazuxa” üçün əyilib düzəlirlər, bunlar da. Sadəcə məkan başqadır. Belələrinə saxta “hacı”-lar da deyilir. Dini bilikləri isə 0. Özü də dini “kruqdan” ayrıldıqdan sonra, yenidən öz əsl simalarına qayıdırlar.

3. Öz istəklərinə rəğmən dində olmağa məcbur edilənlər. Bunlar adətən az yaşlılar və ya qadınlar olur və öz iradələrinə qarşı ibadət etməyə məcbur edilirlər. Belələri hardasa dindarların 20%-nı təşkil edir.

Və sonda — 4. Dindən sui istifadə edənlər, dinə bir biznes aləti kimi baxanlar. Belələri adət üzrə bizim mollalardır. Yas tutmaq, yas danışmaq bunların peşəsidir. İyrəncdir. Bu gün biabırçı bir mənzərənin şahidi olmuşam — yaxın insanla ibadət üçün “Göy məsçid”-ə getmişdik. Məsçid təmirdə olduğu ibadət üçün balaca bir yer düzəldiblər, o balaca yeri də pərdə ilə 2 yerə bölüblər — birində rüşvətxor mollalar oturub, birində isə camaat öz ibadətini edir. İnanırsız, içəridə oturmaq mümkün olmadı — kimsə mollaya Yasin “oxutmaq” üçün 10 manat pul verib, biri də (deyəsən məsçidin Administrasiyası idi) gəlib ki, “ay molla davay Yasinlərin pullarını düş bura”… Aralarında 5 manata (!) görə mübahisə düşdü… Təsəvvür edin, siz Allah yolunda pulu verirsiz, adını molla qoymuş mənəviyyatsızlar o pulları mənimsəyərək, elə Allah evindəcə dava edirlər. “Göy məsçid” kimi mötəbər bir məsçidi alverxanaya çevirən dünya-malı düşgünlərinə ar olsun! Oranın axundu hara baxır, məlum deyil… Ümumiyyətlə, Azərbaycanda bütün din sistemi çürük, təhsil sistemimiz kimi sovetlərin paslanmış və işləməyən rüşvətxor mexanizmindən başqa bir şey deyil…

Pulu dinə çevirənlər isə özləri də bilmədən başqalarına xidmət etmiş olurlar. Aşağıda post etdiyim maraqlı və düşündürücü bir filmə baxın.

Nəsə. Belə insanlar bütün İslam ölkələrində var, amma nə yazıqlar olsun ki, sadaladığım son 3 tip dindarlar bizdə çoxluq təşkil edir. Məhz onların iyrənc oyunları nəticəsində cavan və proqressiv gənclik dindən iyrənir, məhz onların sayəsində mənən boş insanlar radikallığa üz tutur, mənəviyyatsızlar isə daha da həyasızlaşırlar.

Proqressiv gənclərimizə isə üz tutaraq demək istəyirəm — dostlar, İslam sülh və ədalət dinidir. İslam gözəldir. Sadəcə hansısa fərdlərə görə bütün dindən, sizi yaradandan üz döndərməyin! Onlar buna layiq deyillər…

Allah köməyimiz olsun!

Mövzuya dair forumda müzakirələr ↓
Dində böhran?!

Müqəddəs Ramazan bayramı…

30 gün oruc tutub, özümüzü Allaha daha yaxın hiss etdiyimiz ayın — Ramazanın pik səviyyəsinə gəlib çıxdıq. Bu gün Mübarək Ramazanın bayram günüdür. Hər kəsi təbrik edirəm. Amma…

Həmişəki kimi bu dəfə də bir amma var… Bu mübarək bayramda o qədər şablon təbriklər alırıq. Demək olar ki, bütün təbriklər ruzi-bərəkətlə bağlıdır. Anlayıram, dünya həyatında ruzi-bərəkət də vacibdir. Amma axı digər vacib olan ünsürlər də var. Bəs görəsən var-dövləti, bu fani dünya həyatını dəhşətli dərəcədə sevən bizim xalq digər dəyərlər barəsində heç düşünür?!

Hər il eyni şey təkrarlanır. Darıxdırıcıdır… Belə baxanda həyatın özü-özlüyündə də darıxdırıcıdır. Həyatımızda nə qədər yeniliklər etsəkdə, hər il eyni şeyləri təkrarlamaq məcburiyyətində oluruq. Əvvəllər məndə SMS-lə, zənglə hər kəsi təbrik edərdim, bunu hansısa mənada insanlara diqqət, hörmət və izzət hesab edirdim. Amma sonra anladım ki, ifrat diqqətçilik də, hörmət də bir şey deyil. İslamın buyurduğu kimi, hər şeyi qədərində etmək lazımdır.

Mübarək Ramazan ayında insan bütünlüklə oruc tutmalıdır. O həm daxilən, həm fiziki olaraq oruc olmalıdır. Bu isə onun səbrli və təmkinli olması deməkdir. Amma buna rəğmən müsəlmanlar hələdə öz primitiv instiktlərinə yiyələnib, özlərini ələ alıb bir birlərinə kompromisə gedə bilmirlər… Hələdə dava-dalaş davam edir. Belə olmasaydı, Fələstin və  İran liderləri İsrail önündə bir birlərini biyabır etməzdi. Belə olmasaydı, İslam bayrağı altında gizlənib, bu günlərdə Lənkaranda ixtişaşlar törətməzdilər. Belə olmasaydı, Ermənistanın vitse-prezidentinin İranda (Cənubi Azərbaycanda) böyük qoyun fermaları olmazdı… Bəlkə elə bütün günahlar da İslamı xalqın gözündə təmsil edən şəxslərdədi? Axı hansısa məsçid axundunun Allah evində fahişə ilə cinsi əlaqəyə girməsi kimi faktları nəzərə alan kütlə İslama necə inansın? Bəlkə nəzir qutularını, yas mərasimlərini biznesə çevirən bu mollalar İslamın cılızlaşmasına görə məsuliyyət daşıyırlar?! Nə bilim. Bəlkədə…

Bütün bunları nəzərə alıb Allahdan müsəlmanlara arzum var — birlik, təmkinlik və ağıl. Bu 3 ünsürün olmaması, hal-hazırda İslam üçün çox böyük bəladır.
Allah köməyimiz olsun! Bayramınız mübarək, müsəlman bacı qardaşlar!

PS. Əsl İslam sadaladığım cılızlıqlardan uzaqdır. İslam gözəldir. Gəlin gözəl İslamı aşağıdakı şəkillərdə müşahidə edək. (Şəkillərə böyük həcmdə baxmaq üçün üzərində tıklayın).

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Ramazan

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom