Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Anti-Azercell isteriyası. Qara PR kampaniyası?!

Hansı xəbər portalını açıram — sifariş tipli olunması açıq-aydın sezilən Anti-Azercell isteriyasını görürəm. Özü də bu kampaniyaya demək olar ki, ölkənin bütün aparıcı xəbər saytları qoşulub. Səbəbini açığı bilmirəm, çox güman ki, Azercell-in səviyyə və uğurunu həzm etməkdə çətinlik çəkənlər var.

Gəlin etiraf edək — Azercell ölkənin ən qabaqcıl və xidmət səviyyəsinə görə nömrə bir olan kütləvi şirkətidir. Bəli, digər operatorlar da dayanmadan çalışırlar, yeniliklər edirlər, qiymətləri endirirlər, amma onların adi müştəri xidmətləri səviyyəyəsinin (şəbəkədə daim baş verən qüsurları haqda susuram) Azercell-dəkinə çatma prosesi hələ ən azından 4-5 il davam edəcək.

Bəs bu isteriyanın əsl səbəbi nədir? Düşünürəm ki, buna səbəb İnformasiya Texnologiyaları Nazirinin (mənim vaxtı ilə rektorum olub) rominq qiymətlərinə dair sərt təpkisindən sonra, Azercell rəsmilərinin bu təpkilərə müvafiq cavabı oldu — qiyməti artıran Azercell yox, Aztelekomdur. Bəli, məhz Aztelekom Azərbaycanda mobil tarif xidmətlərini tənzimləyən bir qurumdur, həmçinin rominq xidmətlərinin qiyməti də məhz Aztelekom-dan asılıdır. Bunu İnternetlə müqaisə etsək, Aztelekom Azərbaycan İnternetinin Delta Telecom-udur. Bütün provayderlər İnterneti məcburən bu monopolistdən aldığı kimi, operatorlar mobil çıxışı Aztelekom-dan almağa məcburdurlar.

Yaxşı, indi bəs Azercell-in nə günahı var? Kütləyə səviyyəli xidmət göstərən bir-iki şirkətlərimiz var, onların da üstünə düşüb qaralamalıyıq? Bir misal çəkim — ABŞ-da başı bəlalı Microsoft-u məhkəməyə verməyən şirkət yoxdur, hər kəs bu biznes nəhənginin uğurlarına qibtə edib, yerli-yersiz verir məhkəməyə. Amma ABŞ ədliyyə sistemi Microsoft-u bəzi hallarda günahkar hesab etsə də, heç vaxt onun cərimələnib, qara PR hədəfinə çevrilməsinə imkan vermir. Çünki bu şirkət dövlət səviyyəli bir şirkətdir, ABŞ-ın iqtisadiyyatının sütunlarından biridir. Azercell isə Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Bəs onda bu qaralama nəyə lazım?!

Ümumiyyətlə, KİV təmsilçilərin qara PR aləti olması heç bir halda yaxşı göstərici deyil… Nəsə. Allah bu işlərin axırını yaxşı eləsin.

PS. Allah Mübarəkə də insaf versin. 82 yaşlı xərçəng xəstəliyindən əziyyət çəkən qoca kaftar, yüzlərlə gənci qanına qəltan etdi…

Mövzuya dair forumda müzakirələr ↓
Azercell / Bakcell / Nar Mobile

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom