Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Qondarma ölkənin qondarma siyasi oyunları

Neçə gündür rus mətbuatı qondarma Cənubi Osetiya respublikasında baş verən absurd olaylardan söz açır. Olayların ssenarisini də eləbil Qazaxıstanın ümummilli kaftarı Nursultan yazıb — oxşar hadisələr bu yarıtanınmış respublikada da baş verməkdədir… İlahi, diktatorlar necə də bir-birlərinə bənzəyir, yəqin eyni əqli çatışmamazlıqdan əziyyət çəkirlər.

Hə, keçim olaya — guya “prezident” Eduard Kokoytı 3-cü dəfə prezident olmaqdan imtina edib, ölkədə (qurumda) demokratik seçki keçirmək fikrindədir. Amma… və “təbii ki”, xalq Kokoytonun getməsini “istəmir” və buna dair ümumxalq etirazları baş qaldırıb, minnət kampaniyaları qurulur. Kokoytu isə deyir — kişi sözünün ağası olar, daha prezident olmayaJam! Görünür, o da Qazaxıstanlı kaftar kimi xalqın “inadkar tələblərinə” rəğmən, “QƏTİ” getmək qərarı verib… Qazaxıstanda bu getmə söhbətinin nə ilə sonunclandığının şahidi olduq, indi bu teatral səhnəciyin Osetiyada nə ilə bitəcəyini müşahidə edək…

Səhnəcik isə vüsət almaqdadır – bu gün qondarma respublikanın qondarma parlamentinə qondarma silahlı güvvələrinin 100-dən çox təmsilçisi basqın edib. Tələbləri də Cənubi Osetiyanın analoqu olmayan liderinin 3-cü dəfə prezident seçilməsi üçün qondarma qanunvericiliyə müvafiq qondarma düzəlişlərin edilməsi olub. Sözsüz. =))

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Qazaxıstan. Qoca aktyorun teatrı…

Dünyanın, proqressiv insanlığın başı Misirə qatışdığı bir vaxtda, Qazaxıstanda traqikomik hadisələr baş verir. Görünür, köhnə qurd Nursultan Nazarbayev xalqıyla manipulyasiya üçün gözəl vaxt seçib. Əsl tamaşa qurub. Guya qocanı Qazax xalqı 20-ci ilə kimi prezident görmək istəyir, bu da var gücü ilə buna “qarşı” çıxır. Əhsən. “Əsl” demokrat. Görəsən bu komediyaya Nazarbayevin özündən başqa Qazaxıstanda inanan var?! Çətin.

Xatırladım ki, 14 Yanvar tarixində Qazaxıstan parlamenti Nursultan Nazarbayevin 2020-ci ilə kimi heç bir seçkisiz prezident olmasını təmin etmək üçün Konstitusiyada dəyişiklik edib. “Əsl demokrat” Nursultan bəy isə guya buna etiraz olaraq bu qərara veto qoyub. Parlament isə Nursultanın vetosunu ləvğ etmə hüququndan istifadə edib (!). Qazaxıstan kimi avtoritar bir dövlətdə parlamentin prezidentə qarşı çıxması olayı absurd olması kimi traqikomikdir. Day bu qədər də yox də… Xalqla məzələnmə prosesi bununla bitməyib. Nursultan eləmə tənbəllik Konstitusiya məhkəməsinə müraciət edir və “müstəqil” məhkəmə parlamentin qərarını ləvğ edir. Burada adamın lap ağlamağı gəlir. Ay yazıq… Hüsnü Mübarəkin həyat yolu sənə dərs olmadı? Yəqin ki, olmayıb. Belə olmasaydı, “demokrat” qoca yeni prezident seçkilərinin keçirilməsini (mütləq öz iştirakı ilə) istəyib, buna nail olmazdı…

Nəsə. Allah sənə o kreslonu çox görsün, ay Nursultan…

Mövzuya dair forumda müzakirələr ↓
Qazaxıstan. Qoca aktyorun teatrı…

Belorus dəhşətləri…

Bu gün bildiyiniz kimi Belorusda Prezident seçkiləri keçirilirdi. Nəticələr əvvəlcədən məlum olsa da, belorus xalqı ayağa qalxmağa cəhd etdi. Nəticə… Nəticəyə gəlin video-da baxaq. Prezidentliyə namizədi vəhşicəsinə döyüb, atəş açırlar. Dəhşət…

Fikirlərinizlə bölüşün, maraqlıdır.

Mövzuya dair forumda müzakirələr ↓
Belorus dəhşətləri

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom