Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Kainatın ən böyük şəkli dərc olundu

Nə vaxtdır ki, sevimli Astronomiyaya dair xəbərlərlə bölüşmürdim. BBC xəbər verir ki, bu günlərdə Amerikanın Sietl şəhərində keçirilən elmi yığıncaqda Kainatın ən böyük xəritəsi təqdim olunub. Xəritədə 500 milyon (!) ulduz və eyni sayda da Qallaktika yer alıb. Bu xəritəni camaat arasında daha populyar olan piksellərlə götürdükdə 1 terapiksel (milyon megapiksel) həcmdə xəritə alınır. Dəhşət. Bizim də Elmlər Akademiyasında oturanlar ATV-də gedən bozbaş proqramları müzakirə etməklə məşğuldurlar.

Niyə böyük İnternet layihələrimiz yoxdur?!

Bu günlərdə “Sosial Şəbəkə” filminə baxdım. Film Facebook şəbəkəsinin yaradıcısı Mark Zuckerberg-in həyatından (yarı düz, yarı gerçək), onun uğura doğru necə addımlamasından bəhs edir. Film özü-özlüyündə xoşuma gəldi, amma məni daha çox düşündürən başqa məsələ oldu — axı niyə bizdə böyük İnternet layihələrin buraxılması mümkünsüzdir?!

Əslində mən problemləri ötən yazılarımın birində sadalamışdım, amma bu film yaralarımızı təzələdi.

1. Fikrimcə, təhsil — böyük uğurların təməli, başlanğıcıdır. Filmə baxdıqda tələbələrin necə gözəl bir mühitdə oxuyub yaratdıqlarının şahidi olursan. Adam lap qibtə edir. Hər kəs nəsə bir layihə həyata keçirib, əməliylə öndə olmaq istəyir. Gözəl işgüzar mühit var. Rəqabət hökm sürür. İndi gəlin bizim reallıqlara nəzər yetirək — çürümüş təhsil sistemi. Rüşvətxor müəllimlərimizin sayəsində Universitetlərdə artıq oxuyan uşaqlar da oxumamağa məcbur edilir. Bizdə hər şeyi nəsə reallaşdırmaq deyil, papa uşaqlarının pulu həll edir. “Bilikli” müəllimlərin bilikləri isə 70-ci illərin səviyyəsindən artıq deyil. Bizim Universitetlərdə əməllə deyil, əmiylə seçilirlər. Hərf fərqi çox olmasa da, nəticəsi göz qabağındadır.

2. İnternet layihələrə investroların böyük maliyə yatırımları — bizdə isə İnternet layihəyə on mindən artıq pul qoymaq səfehlik sayılır, İnternet layihələr uşaq oynundan başqa bir şey hesab edilmir. Məsələn, Mark Azərbaycanda yaşasaydı, onun 18 minlik layihəsi istifadəçi sayı yüz mini keçdikdən sonra puç olardı. Niyə? Çünki istifadəçi sayı artıqda, saytın xərcləri də artır. Azərbaycanda isə İnternet layihələrə yatırımlar maksimum reklam bannerləri vasitəsilə edilir, belə olan halda da gərək Facebook Day.AZ-ın əvvəlki görkəmindən də (reklamla dolu olduğu vaxtlar) betər bir vəziyyətdə olaydı — daha çox banner asmağa məcbur idi, amma bu da xərclərin heç 10% demək deyil.

3. Faktiki olaraq 2004-ci ildən fəaliyyətə başlayan Facebook, yalnız 2009-cu ilin son aylarında gəlir gətirməyə başlayıb. Deməli 5 il bu layihə ziyana işləyib, amma böyük investorların milyonlarla sərmayələri sayəsində ayaq üstə qalıb. Mark 18 min ABŞ dollarını layihəyə yatırım edərkən, artıq bilirdi ki, onun layihəsinə yiyə çıxan olacaq və milyonlarla yatırımlar edəcək.

Bu sərmayələr bir növ sabun köpüyünə bənzəyir. Layihələrin birjaya çıxışını təmin etmək üçün dəyərlərini 100-1000 dəfə şişirdirlər, şişirdirlər və şişirdirlər… Ümumiyyətlə bütün Amerika iqtisadiyyatı bu prinsiplə qurulub — orada demək olar ki, istənilən layihəni beləcə şişirdib, məhşurlaşdırırlar. Bəs bizdə birja deyilən şey var? =) Var, amma neftdən başqa çətin orada bir şey satıla.

4. Əgər kimsə hesab edirsə, Mark bu imperiyanı tək başına yaradıb, yanılır. Görünmür, amma layihənin populyarlaşmasında dövlətin də böyük rolu var. Facebook faktiki ABŞ administrasiyasının maraqlarına xidmət edən bir layihədir. Artıq xüsusi orqanlar əziyyət çəkib insanların dosyelərini axtarmır, indi insanların özü hər şeyi Facebook-da yerləşdirir, şəkilləri, dostları, fikirləri ilə bölüşürlər (məsələn, terroristlər növbəti terrorları haqda və s.) və bütün bunlar 100% izlənilir. Rus demişkən, bolee togo Facebook-da profilin ləvğ edilməsi mümkün deyil — siz sadəcə hesabınızı deaktiv edə bilərsiniz, poza bilmərsiniz. Bu da Facebook-un istifadəçi bazasının digər məqsədlərlə istifadə olunduğuna daha bir sübutdur. Bura üstə gəl ölkənin birinci şəxsləri səviyyəsində saytın təbliği — alınır uğurlu və dövlət strategiyasına xidmət edən layihə.

Deməli İnternet layihələr üçün digər stimul verici faktor — dövlətin özəl şirkətlər vasitəsilə müxtəlif “ümüd verici” layihələrə pul yatırımları etməsidir. Bizdə bildiyim qədər bir Yumru layihəsinə sərmayə yatırılıb, o da (layihə) ki, axıda fake çıxdı.

Gördüyümüz kimi nə qədər ki, Universitetlərdə sağlam mühit yaradılmayacaq, nə qədər ki, böyük şirkətlərimiz İnternet layihələrə sərmayə qoymağa can atmayacaqlar, nə qədər ki, iqtisadiyyatımız neft və kənd təsərrüfatı, yeyinti məhsullarından ibarət olacaq, o qədər də biz böyük layihələr görməyəcik. Yəni heç vaxt. Təki yanılım.

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları) →

NASA Qara Çuxurun (черная дыра) real şəklini çəkdi

ABŞ Aerokosmik Agentliyi NASA keçirdiyi çoxsaylı eksperiment və tədqiqatların nəticəsində bəşəriyyətin ən böyük sirrlərindən olan Qara Çuxurun (mən də deyirəm bu Qaraçuxur qəsəbəsinin adı haradan götürülüb, kiminsə gözəl ironik yumor hissi var :lol:) kompüter modelini yüksək dəqiqliklə yarada bilib.

Ən son və dəqiq hesablamalar nəticəsində yaranan bu model Qara Çuxurun (qəsəbə yox ha) nə qədər qorxulu olduğunu təsdiqləyir. Əvvəlcə gəlin görək Qara Çuxura dair Wikipedia nə deyir:

Qara çuxur (sözü ilk dəfə 1968 ildə Amerika astronomu Con Uiller tətbiq etmişdir) ümumi nisbilik nəzəriyyəsinə görə hər hansı cisim güclü sıxılarkən yaranan obyekt. Bu zaman cazibə sahəsi o qədər güclü olur ki, işığı, ümumiyyətlə şüalanmanı və ya hissəcikləri buraxmır. Cisim bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxıldıqda qara çuxur yaranır. Qara çuxurun (hansı cisimdən yaranmasından asılı olmayaraq) xarici qravitasiya sahəsi kütlə, hərəkət miqdarı momenti və elektrik yükü ilə təyin edilir. Qara çuxurun ətrafında – güclü qravitasiya sahəsində fəzanın həndəsəsi qeyri-Evklid həndəsəsidir, zaman isə belə cazibə sahəsi olmayan yerə nisbətən yavaşıyır. Qara çuxur hərəkət miqdarı anına malikdirsə, onun yaxınlığındakı bütün cisimlər qara çuxur ətrafına fırlanma hərəkətinə cəlb edilmiş olur. Maddə və şüa qara çuxura ancaq daxil ola bilər, oradan isə çıxa bilməz. Kənar müşahidəçi qara çuxura düşən maddədə nə baş verdiyini heç vaxt bilmir.

Hə, biraz qəliz oldu. Deməli alimlər demək istəyirlər ki, “Qara Çuxur” qravitasiya, zaman və materiyanın olmadığı bir məkandır. Absulut sıfır. Ən qorxulusu isə ətrafdakı istənilən materiyanı (Ulduzlar, planetlər, meteoritlər və s.) və hətta ən kiçik hissəcikləri — protonları belə özünə çəkib məhv etməsidir. Bir vaxtlar hesab olunurdu ki, əgər materiya işıq sürəti ilə hərəkət eləsə, Qara Çuxurun cazibə qüvvəsinə qalib gələ bilər. Amma son müşahidələr onu göstərir ki, bu vahiməli Çuxurdan işıq sürəti ilə hərəkət edən fotonlar belə xilas ola bilmirlər.

Qara Çuxurun yüksək keyfiyyətli şəklinə NASA-nın saytında baxmaq olar. Buda link — http://apod.nasa.gov/apod/image/1012/bhlens_riazuelo_big.jpg

NASA-da səhifə — http://apod.nasa.gov/apod/ap101207.html

Allah bizi mərdimazardan qorusun.

Mövzuya dair forumda müzakirələr ↓
Kosmik möcüzələr. Astronomiya

Elmi möcüzələr. “Tanrının gözü” Yerə baxır

Bu yaxınlarda Amerikanın Aerokosmik Təhqiqatlar bürosu NASA infrabənövşəyi şüaların köməyi ilə göydə “Tanrının gözü” adlandırılan bir obyektin şəklini çəkib. Şəkli kosmosda təhqiqatlar aparan “Şpitzer” (Spitzer Space Telescope) teleskopu çəkib. Şəkillərin birində həqiqətən mistik bir obyekt təsvir olunub. Bizə özü yaşıl, bəbəkləri isə qırmızı rəngdə olan bir “göz” baxır.

Əslində “Tanrının gözü” uzaq 1824-ci ildə alman astronomu Karl Harding tərəfindən kəşf olunmuşdu. Hətta 2003-ci ildə məşhur Hubble teleskopu da onu qeydə almışdı. Çəkilmiş şəkillərin 3D versiyasını almaq üçün əldə olunmuş məlumatı Arizonada yerləşən digər teleskopa (the National Science Foundation’s telescope at Kitt Peak National Optical Astronomy Observatory) yerləşdiriblər.  Amma realistik 3D görüntü üçün dəqiqlik çatmadı. O səbəbdən “Tanrının gözü”-nün təsvirinin yaradılması və öyrənilməsi bu günə kimi davam edir.

2003-ci ildə çəkilmiş şəkil

Onu da qeyd edim ki, “Tanrının gözü” spiral formasındadır (kosmos formalarından biri) və spiralın düz mərkəzi Yer kürəsinə baxır. Məhz ona görə bu obyektə “Tanrının gözü” adı verilib, sanki Tanrı Yer kürəsini müşahidə edir. Spiral dumanlığının dəqiq adı NGC 7293-dir.

Real görüntü (ən son çəkilmiş 3D şəkil)

Bu spiral dumanlığı Yer kürəsindən 650 işıq ili uzaqda yerləşməsinə baxmayaraq, bəzi günlər onu yer kürəsindən adi teleskoplardan rahat müşahidə etmək olar. Spiral dumanlığının mənşəlini öyrənən alimlər belə qərara gəliblər ki, bu dumanlıq artıq “ölən” bir ulduzun qalıqlarıdır. Artıq enerjisi tükənən ulduz ömrünün axırına yaxın şişməyə başlayır və nəhayət partlayır. Müşahidə edilən “Tanrının gözü”-də məhz o partlayışın effektidir.

Düz 4,6 milyard il sonra bizim Günəş-də “Tanrının gözü”-nə çevriləcək. Bəli, bu dünya da hər şey fanidir… Hətta Günəşin də sonu var. Bizimkilər hələ indi çörəyin qiymətin qaldırır. Nə deyim? Allah köməyimiz olsun.

Mövzuya dair forumda müzakirələr ↓
Elmi möcüzələr. «Tanrının gözü» Yerə baxır?!

Yer. İnsanlar. Deyəsən son yaxınlaşır… Düşüncələrim

Deyilənə görə 2 gündən sonra, Avqust ayının 21-i dünyanın resursları artıq yer kürəsi əhalisinə yetməməyəcək.

İndiyə kimi nə istifadə edilirdisə, ana təbiət onu bərpa edib, yenisini yaradırdı, amma indi insan sayının fantastik dərəcədə artmasına görə artıq bu mümkün olmayacaq. Ana təbiət sadəcə resursları bərpa etməyə macal tapmayacaq… insan yenə və yenə daha çox resurs istifadə edəcək.

Bu qorxunc statistikanı gətirən mötəbər Global Footprint Network onuda qeyd edir ki, artıq keçən ildən ana təbiət okeanlarda balıq sərfiyatını insanların sərfiyyatı ilə uzlaşdıra bilmir, balıq (dəniz məhsulları) sayı sürətlə azalmağa, insanların isə iştahı böyüməkdə davam edir. Həmçinin meşələrdə eyni aqibəti yaşayır (bariz nümunə elə Bakı”mız”). AFP isə çox maraqlı bir statistikanı gətirir — deməli insanlıq əgər indiki həcmdə təbiətin nemətlərin istifadə etməyə davam etsə, onda bizə Yer kürəsindən 2 dəfə böyük planet lazımdı. Hələ bu harasıdı… Əgər bütün dünya amerikallar kimi keyflə yaşamaq istəsə — bu alınmaz, çünki Yer kürəsindəki resurslar buna imkan vermir. Bunun mümkün olması üçün Yer kürəsi indikindən düz 4(!) dəfə böyük olmalıdı. Tak çto, inkişafda olan ölkələrin nə vaxtsa inkişaf etmiş ölkələr siyahısına qatılması qərb (və 2-3 şərq) dövlətlərinin yaratdığı mifdən başqa bir şey deyil.

Ən qorxunc statistika isə budur — yer kürəsinin 20% əhalisi planetin 80% resurslarını istifadə edir, qalan 80% əhali isə (əsasən 3-cü ölkələr, hansı ki, onların arasında bizdə varıq) 20% resursla kifayyətlənir. Yagin buna görə bizim çörəklər mal-qara üçün nəzərdə tutulan taxıldan hazırlanır. Əhsən. =)

Bütün bu statistikaya baxanda kiminsə məhsullara olan qiymətlərin ucuzlaşması haqda nəsə deməsi çox gülünc gəlir. Nə ucuzlaşma? Birazdan içməyə təmiz su tapılmayacaq, siz ucuzlaşmadan danışırsız.

İnsanlar… qlobal baxdıqda, insanlar virus kimi bir şeydi, düşüblər yazıq Yer kürəsinin canına, lap tarakanlar kimi. Sayı durmadan artır, iştahları, ambisiyaları isə yerə görə sığmır. Əslində insaları xərcəng xəstəliyinədə bənzədirlər, orqanizmə düşən kimi hər şeyi özünə tabe etməyə çalışır… Görünür xərçəng xəstəliyinə bir çarə tapımadığı kimi, insanların vəhşi iştahınada bir çarə tapılmaz. Üzü qiyamətə doğru gedirik. Ya yeni planetləri fəth edib, yeni koloniyalar qurub tarakan kimi bəşəriyyətə yayılmalıyıq, yada ki, bitməkdə olan resurslar uğrunda bizi dəhşətli müharibələr gözləyir…

İnsanların sayı artıqca da, dəlisovluq artır. Bir bu video-ya tamaşa edin:

Moskva metrosudur. Artıq insanlar həyatdan o qədər harınlayıblar ki, belə risklər edirlər, digərlərinidə riskə atırlar. Sizcə davam etməyə dəyər? Hm. Məncə Allah həqiqətəndə çox səbrlidir. O imkan yaradır ki, insan özü-özünü məhv etsin, day birdə qiyaməti yer üzünə aşırıb ölüləri narahat etməsin… Onsuzda insan özü-özünə qəbir qazır. Yaxın gələcəkdə biz olmasaqda, nəticələrimiz bunun şahidi olacaq. Statistika da bunu  təstiqləyir.

Allah köməyimiz olsun.

Mövzuya dair forumda müzakirələr ↓
Yer. İnsanlar. Deyəsən son yaxınlaşır… Düşüncələrim

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom