Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan dili. Milli kimlik problemi

Ölkədə yaşayan əksəriyyət tərəfindən Azərbaycan türkcəsinə hörmətsizliyin səbəbi bunlar ola bilər — yüz illərcə formalaşmış kölə təfəkkürü və ondan qidalanan «özünü dərketmə» problemi. Etiraf etməliyik — qarışığımız çoxdur — alban, ərəb, fars, monqol, yunan, rus, cuhut… türk. Bütün bu millətlərin, mədəniyyətlərin sinteziyik. Hərənin ağzından da bir avaz gəlir — birisi deyir albanıq, digəri deyir türkük, qeyrisi deyir biz türklərlə farsların qarışığıyıq… Elə ona görə də milli «özünü dərketmə», milli qürur və özünə hörmətlə bağlı ciddi problemlər var.

Belə olmasaydı, bu günlərdə ruslara xas şovinist üsulla Azərbaycan qeydlərini aparan jurnalistə müsahibə verən birisinin dolayı yolla Azərbaycan dilinin heç fahişələrin də bəyənməməsini dilinə alıb, dilimizi aşağılayıb kənd dili adlandırmazdı. Sitat:

«Министерство образования пытается сократить число русских школ, но в Баку им это не удается, – говорит политолог Расим Агаев. – А население предпочитает отдавать детей именно в русские школы, поскольку там выше качество образования. Вообще, исторически так сложилось, что Баку говорил на русском, а деревня — на азербайджанском. К тому же знание русского дает определенный простор в развитии: скажем, врач, желающий развиваться профессионально, понимает, что информации на русском гораздо больше. Самые популярные независимые газеты — тоже русские. У нас, знаете, даже проститутки предпочитают говорить на русском, набивая себе цену».

Qısa tərcümə — «Tarixən belə olub — Bakı rus dillidir, kənd isə Azərbaycan dilli… Hətta ən tanınmış qəzetlər belə rus dillidir (görəsən bunun «Yeni Müsavat», «Azadlıq» qəzetlərinin mövcudiyyatından xəbəri var?!). Bizdə hətta fahişələr qiymətlərini qaldırmaq üçün rus dilində danışırlar…» Sitatın sonu. İndi gəlin bu “politoloqun” şəxsiyyətinə toxunmadan onu bu kimi sözləri deməyə vadar edən səbəbləri araşdıraq.

Yeri gəlmişkən vəhşi rusları elitar bir xalq kimi təqdim edən və millətimizi aşaqlayan (bəzi hallarda haqlı olaraq) bu yazını tam buradan oxuya bilərsiniz — http://www.sobesednik.ru/print/64328.

Bəlkə bu «politoloq» bu cümlələri başqa mənada işlədib, hansını ki, biz qara millət anlamırıq?! Bilmirəm. Və yaxud bu sözlər rus mətbuatında «засветится» etmək eşqiylə deyilib? Don Karleonenin sözü olmasın — Ничего личнего, только бизнес… Bilmirəm… Bəlkə provokasiyaya uğrayıb?! Əgər belədirsə, onda bunun nəyi «politoloq» oldu… Bilmirəm. Hər şey ola bilər, amma bu müsahibə ümumi kontekstdə yalnız və yalnız Azərbaycan türkcəsi, onun daşıyıcıları üçün təhqirdir.

Bəlkə dilimizin dəyərdən düşməsinə səbəb analoqu olmayan tərzdə populyar «xalxın uşağı» məsəli vasitəsilə uşaqlıqdan beyinlərə şüuraltı yeridilən ifrat eqoizm hissidir?! Eqoizmdən söz düşmüşkən — bu andıra qalmış hiss bəzən insanları primitiv heyvanlar səviyyəsinə salmağa qadırdir — ANS-dən bu günlərdə bir kadr göstərdilər — dəniz kənarı parkda karuselləri 3 saatlıq pulsuz buraxıblar uşaqların öhdəsinə — siz indi mənzərəni təsəvvür edir — yekə göt xalalar gəlib digər uşaqları vəhşicəsinə karusellərdən selbələyib, öz uşaqlarını otuzdururlar, bir-birləri ilə 1 manatlıq atraksiyon  üstə saç-yolduya çıxırlar. Və yaxud, orta-statistik Azərbaycanlı avtomobil sürücüsünün qəsdən yolun düz tən ortasını tutub tələsmədən maşınını sürməsi, tələsən və qabağa keçmək istəyənlərə isə nə imkan, nə də siqnala, işıqların oynamasına reaksiya verməyib, heçnə olmamış kimi yoluna davam etməsi sizcə primatlara xas vəhşi eqoizm nümunəsi deyilmi?!… Buna dair gündəlik həyatdan o qədər kiçik nümunələr gətirmək olar ki… Əsl səbəb isə başqadır — dar düşüncə. Dar düşüncə isə milli kimliyin dərk edilməməsi, qürursuzluq və savadsızlıqdan irəli gəlir — bu da özlüyündə mənasız fərdiliyə, ifrat eqoizmə yol açır. İfrat eqoizm isə acizlik deməkdir. Məhz aciz insanlar daimi özünü ifadə komplekslərindən əziyyət çəkirlər. Lap bizim kimi.

Bu problemdən qurtulmanın isə yeganə yolu milli indentifikasiyanın qəbul edilməsidir. Hər kəs bilməlidir ki, bu ölkədə əsas aparıcı qüvvə türk xalqıdır, əksəriyyət türkdür. Milli özünü dərketmə prosesi başlayan kimi, bütün bu eqoizm və hörmətsizliklər tam yoxa çıxmasa da, artıq formalaşmış xalqın sosial qınağı nəticəsində əksərən yerini şərəf və ləyaqətə verəcək. İnsanlar mənən böyüyəcək, özünü dərk edəcək, öz ölkəsinə, milli mənsubiyyətinə hörmətlə yanaşacaq və digərlərindən də özünə qarşı o hörməti tələb ediləcək… Bariz nümunə — hal-hazırda Gürcüstanda baş verən milli oyanış prosesidir. Bəs biz kimi gözləyirik?!

PS. Bəzi ağzı göyçəklər fikirləşər ki, bu rus dilin bilmir deyə, onun daşıyıcılarına daş atır. Yox, əsla. Özüm şəxsən rus dilində təhsil almışam, deyərdim hətta fikirləşəndə də rus dilində düşünürəm, amma doğma türkcəm ola-ola rus dilini əsla doğma dil hesab etmirəm. Rus dili sadəcə bildiyim əcnəbi dillərdən biridir.

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan dili. Milli kimlik problemi

Başqasına aftafa tutmaq sindromu. 2 ayaqlı qlistlər

Fikrimcə, cəmiyyətimizin ən böyük problemlərindən biri də bəzi fərdlərin “başqasına aftafa tutmaq” sindromundan ifrat halda əziyyət çəkməsidir. Başqasına aftafa tutanlar kimlərdir?! Adət üzrə belələri cəmiyyətin qalıqları, həyatda uğursuz və paxıl insanlardır. Onların həyat kredoları cılız ambisiyalarından doğan və aidiyyatı olmadıqları iki müxtəlif fikir daşıyıcısın konfliktinə müdaxilə edib, yalnız birinin tərəfini tutub, bununla da tutduğu tərəfin hörmətini, diqqətini qazanmağa cəhd etməkdən ibarətdir.

Bir misal — bəzən görürsən konflikt edən tərəflər yalan olur, araya söhbətdən kənar, amma hansısa bir tərəfə tükənməz aftafa tutmaq eşqiylə yaşayan birisi qarışır, bir tərəfi tərifləyib, digər tərəfi dayanmadan aşağılayır. Göstərmək istəyir ki, guya bu şərəfsizin tərəfini saxladığı insana canı yanır deyə onu dəstəkləyir, lakin əsl səbəb başqadır — şəxsi ambisiya və maraqlar. Adət üzrə həddən artıq qeyri-obyektiv olur, ola bilsin bu yolla aftafa tutan alçalmış qürurunu kiçik də olsa kompensasiya etməyə çalışır… Ola bilsin… özlərinə görə, hə. Amma əslində necə mənəviyyatsız olduqlarını konfliktin hər iki tərəfinə bir daha göstərirlər.

Başqasına aftafa tutanlardan daha da iyrənc digər bir növ var ki, o da 2 ayaqlı qlistlərdir. Hərfi mənada qlist — bağırsaq soxulcanına deyilir. 2 ayaqlı qlistlər — sözü üzə deyə bilməyib, söhbətə dəxilsiz insanlara digər tərəflə bağlı qeybət edən şərəfsizlərə deyilir. Belə olan halda qlist rolunu konfliktin 2 tərəfindən biri oynaya bilər.

2 ayaqlı qlistlərin 2 müxtəlif növü var — real və virtual qlistlər. İkinci halda (virtual — qlistliyin kifayyət qədər yeni formasıdır) qeybət arxa plana keçir və cəsarətsizlik və qorxaqlığın vəhdətindən formalaşan qlistin psixologiyası onu digər tərəfə mesaj kimi sosial şəbəkələrdə və ya müxtəlif forumlarda ünvansız (!) təhqiramiz status (post) yazmağa vadar edir. Status (post) qeyd etdiyim kimi, mütləq ünvansız olmalıdır — bu yolla onlar özlərini sığortalanmış olduqlarını düşünürlər. Ümumiyyətlə, bu kimi primitiv düşüncə qlistin əsl göstəricisidir. Səbəb isə eynidir — şərəfsizlik, mənəviyyatsızlıq və özünə güvən hissinin olmamasıdır.

Bu tip xüsusiyyətlərin zəiflik əlaməti olaraq əslində qadınlara daha yaxın olmasını fikirləşmək olardı, amma əfsuslar olsun ki, müasir dövrümüzdə adını “kişi” qoyub, amma cəsarətsizlikdən aftafa tutub, şərəfsizlikdən qlistlik edənlər də az deyil.

Aftafa tutanlara, 2 ayaqlı qlistlərə sözüm?! Nə deyim axı, boyunuzu yerə soxum. =)

Mövzuya dair forumda müzakirələr ↓
Başqasına aftafa tutmaq sindromu. 2 ayaqlı qlistlər

İnqilablar. Səbəblər. Müşahidələrim

Misirdə möhtəşəm xalq inqilabının, Mübarəkin insanlığa yaraşmayan qəddarlığının və şərəfsizliyinin görüntüləri fonunda ümumiyyətlə son 3-4 ay ərzində baş verən olaylara fikrimi bildirmək istəyirəm. Axı nə oldu ki, dünya birdən-birə qarışdı?! 30-40 il qəddarlıq və özbaşnalığa dözmüş xalq necə oldu ki, birdən-birə küçələrə çıxdı?! Bəli, sosial ayrıseçkilik, rüşvətxorluq və diktaturanın hökm sürməsindən xalq artıq cana doymuşdu — bununla tam razıyam. Amma xalqın, kütlənin küçələrə axışması və özünü düşünülmüş şəkildə aparıb, ağıllı kütlə kimi göstərməsi (məsələn, dünən Misir inqilabçıları küçələri təmizləyirdilər ki, özlərini idarə olunan kütlə kimi göstərsinlər — bu isə amerika sayağı klassik bir PR addımdır) onu deməyə əsas verir ki, kütləni idarə edənlər heç də Misirdə yerləşmirlər.

4-5 ay bundan öncə Wikileaks-ı ortaya atan ABŞ administrasiyası əslində yeni dəyişikliklər barədə hər kəsə işarə verdi, bunun haqda yazmışdım. Daha sonra Sudanı 2 yerə böldülər (buna hələ qayıdacam). Sonra Tunis, indi isə Misir. Tunis hadisələrində də bir başa qərbin əli var idi, onlar bir tərəfdən xalqı, digər tərəfdən isə Ben Alini dəstəkləyirdilər, hətta Fransız nazir ölkədə ixtişaşların baş verdiyi vaxt ona tərif yağdırmaqdan belə çəkinmirdi. Buna deyirlər — tutar qatıq, tutmaz ayran. Hər iki tərəfə dəstək verib, hansısa  güzəştlər əldə etmək — biri qalib olduqda ondan bu güzəştləri tələb etmək. Qərb siyasəti çox mürəkkəbdir. Eyni olayları indi biz Misirdə də müşahidə edirik — Mübərək yüzlərlə cavanı qanına qəltan edib, hər zaman digər dövlətin işlərinə qarışmamaq prinsipini əlində bayraq edən Obama isə işə qarışaraq ikili söhbət aparır — həm Hüsnünü dəstəkləyir, həm də islahatlar (oxu ABŞ üçün güzəştlər) istəyir. Çox güman ki, inadkar eşşəyi xatırladan Mübarək tezliklə rədd olacaq, amma bu olayların heç də sonu deyil. Tezliklə bu tip ixtişaşlar digər dövlətlərə və regionlara keçəcək. Fikrimcə ABŞ administrasiyasının bu hər tərəfli düşünülmüş qlobal planı hələlik ərəb dövlətlərini əhatə edəcək. Sudan, Tunis, Misir. Növbədə Livan və ya İordaniya ola bilər.

Söz verdiyim kimi Sudan məsələsinə qayıdıram. Bu ən böyük (Afrikadakı ərazisinə görə) ərəb dövlətini qərb süni şəkildə dağıtdı. Bir kadr post edirəm — baxın, görün insanları bir-birlərinə lənət olmuş qərb missionerləri necə düşmən edirlər.

PS. Nursultan hələ indi 20-ci ilə kimi özünü prezident kimi təstiqlətdirir. Bədbəxt insan. :s:

PS2. Bu gün həmvətənimiz Mübarəkin gülləsinə tuş gəlib. Allah rəhmət eləsin!

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom